Almaniya Türkiyəyə yüz milyonlarla avro dəyərində silah tədarük etmək niyyətindədir
2024-10-08 14:23:56
Uzun illərdən sonra ilk dəfə olaraq Almaniya hökuməti Türkiyəyə təqribən dəyərində irimiqyaslı silah ixracına icazə verib. 336 milyon avro Almaniya Parlamenti üçün hazırlanan siyahıya Türkiyə Hərbi Dəniz Qüvvələrinə nəzərdə tutulmuş 100 ədəd yer-hava raketi, həmçinin sualtı qayıqların və freqatların modernləşdirilməsi üçün avadanlıq daxildir.
Qeyd olunur ki, son illər Almaniya Türkiyəyə silah ixracını kəskin azaldıb. 2023-cü ildə cəmi 1,22 milyon avro dəyərində silah tədarük edilib.
Almaniya İqtisadiyyat Nazirliyi bəyan edib ki, Türkiyəyə silah ixracına yalnız Aİ və ya NATO tərəfdaşları (Der Spiegel) ilə birgə layihələr daxil edilərsə icazə veriləcək.
Ülviyyə, Hurriyyet.az