📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya: Ukraynaya "endirim" olmayacaq!

2022-06-03 10:07:00

Almaniya: Ukraynaya

Ukraynaya AB üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik, lakin proses sürətli olmayacaq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Biz başa düşməliyik ki, bu, tarixi məqamdır. Bu, həm də o deməkdir ki, Şimali Makedoniya və Albaniya nəhayət üzvlük danışıqlarına başlaya bilər", - nazir bildirib.

Berbok qeyd edib ki, Kiyev üçün heç bir “endirim” (Ukraynanın AB-yə sürətli daxil olması – red.) ola bilməz:

"Amma Avropa İttifaqı olaraq onların üzünə qapını bağlamamaq kursu götürməliyik".