📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Ukraynaya “Gepard” sistemləri verəcək

2022-12-02 22:05:00

Almaniya Ukraynaya “Gepard” sistemləri verəcək

Almaniya Ukraynaya daha yeddi ədəd "Gepard" özüyeriyən zenit qurğusu verəcək.

Bu barədə "Der Spiegel" jurnalı yazıb.

Ukraynaya eyni zamanda 100 min fərdi tibbi dəst tədarük ediləcək. 

Nəşr qeyd edir ki, zenit qurğuları hazırda Münhendə yerləşən "Krauss-Maffei Wegmann" (KMW) silah şirkətində təmir olunur və yazda Ukraynaya təhvil veriləcək. 

Ötən həftə Almaniya Ukraynaya üç zirehli "Beaver" körpü konstruksiyası, səkkiz sualtı dron, 12 sərhəd mühafizə maşını, 4000 yuxu kisəsi, 30 təcili yardım maşını və Mİ-24 helikopterləri üçün ehtiyat hissələri göndərib.\\Redaktor