📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Ukraynaya silah yox, 5 min dəbilqə göndərəcək

2022-01-26 18:20:00

Almaniya Ukraynaya silah yox,  5 min dəbilqə göndərəcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Almaniya Ukraynaya 5 min ədəd hərbi dəbilqə göndərəcək. Bu barədə məlumatı Almaniya Federativ Respublikasının Müdafiə naziri Kristin Lambrext verib.

Lambrext Almaniyanın Ukraynanı dəstəklədiyini açıq göstərdiyini bildirib.

Ukraynanın Berlindəki səfiri Andrey Melnik 5 min hərbi dəbilqənin göndərilməsi qərarını “tamamilə simvolik jest” adlandıraraq tənqid edib. O, Alman Xəbər Agentliyinə müsahibəsində deyib: “Bu, sadəcə dənizdə bir damladır, təsəlli belə deyil”.

Qeyd edək ki, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik bir neçə gün əvvəl alman mətbuatına açıqlamasında Ukraynanın könüllülər üçün təcili 100000 dəbilqəyə və müdafiə jiletinə ehtiyacı olduğunu bildirmişdi.

Almaniyada hökumət öz prinsiplərinə görə, döyüş bölgələri olan ölkələrə silah göndərmir.

Almaniya hər il inkişaf əməkdaşlığı çərçivəsində Ukraynaya 1,8 milyard avro yardım edir.

Hürr Tərcüman