📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Ukraynaya sülhməramlılar göndərə bilər

2024-12-06 09:45:51

Almaniya Ukraynaya sülhməramlılar göndərə bilər

Almaniya Ukraynada atəşkəsdən sonra sülhməramlı qüvvələrdə iştirakının mümkünlüyünü istisna etmir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

“Biz hazırlaşırıq, ssenarilər qururuq, amma bunu məxfi edirik. İndi bunu açıq şəkildə müzakirə etməyin vaxtı deyil. Nəticədə sülhməramlı qüvvələrdə hərbi iştirak məsələsi şərtlərdən asılı olacaq”, - deyə nazir qeyd edib. (APA)