Almaniya Ukraynaya yardımı azaldır
2024-07-18 10:35:24
Almaniyada nazirlər kabineti 2025-ci ilin büdcə layihəsində Ukrayna üçün nəzərdə tutulan yardımı iki dəfə azaldıb.
Təsdiqlənmiş büdcə layihəsinə görə, Ukraynaya 4 milyard avro veriləcək. Yeni büdcə layihəsində ölkənin müdafiə xərcləri 1.3 milyard avro artırılaraq 53 milyard avroya çatdırılmalıdır. Bu, müdafiə naziri Boris Pistoriusun planlaşdırdığından xeyli azdır. 2025-ci il üçün büdcə layihəsi daha sonra Bundestaqa göndəriləcək və son qərar noyabr ayında qəbul ediləcək.
Ülviyyə, Hurriyyet.az