📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya XİN-in rəhbəri Ukrayna hökumətinin başçısı ilə görüşdü

2022-02-08 11:38:00

Almaniya XİN-in rəhbəri Ukrayna hökumətinin başçısı ilə görüşdü

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal ilə Almaniyanın Xarici İşlər naziri Annalena Berbok dünən Kiyevdə keçirilən görüş zamanı müdafiə, iqtisadiyyat və enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

AFR XİN rəhbəri Annalena Berbok 7 və 8 fevral tarixlərində Ukraynada rəsmi səfərdədir.

Ukraynanın Nazirlər Kabinetinin saytında qeyd edilib: “Ukraynanın Baş naziri RF tərəfindən hibrid təhdidlərə qarşı addımların əhəmiyyətini vurğulayıb.  Denis Şmıqel bu haqda danışarkən, Rusiyanın “Şimal axını-2” xəttindən Avropaya qarşı enerji silahı kimi istifadə edə biləcəyini qeyd edib”.

Hürr Tərcüman