📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada 71 yaşlı Şahzadə Henrix həbs edildi – 700 illik kral ailəsinin üzvüdür

2022-12-08 16:09:00

Almaniyada 71 yaşlı Şahzadə Henrix həbs edildi – 700 illik kral ailəsinin üzvüdür

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Almaniyada dövlət çevrilişi edərək dövlət nizamını – mövcud respublika quruluşunu dəyişdirmək üçün hərəkətə keçən, indiki Almaniya hökumətini tanımayan və özlərini Almaniya İmperiyası vətəndaşı kimi tanıdan qrup üzvləri terror təşkilatına üzv olduqları üçün mühakimə olunacaqlar. Aparılan əməliyyat çərçivəsində prokurorluğun ittiham aktında “Şura” administrasiyasında adı çəkilən Şahzadə Henrix də həbs edilib.

Almaniyada dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan ifrat sağçılara qarşı əməliyyat təşkil edilib.

Əməliyyatdan sonra həbs olunanlar arasında Roys nəslinin nümayəndəsi olan olan və hələ də "Şahzadə" titulundan istifadə edən 71 yaşlı Şahzadə XIII Henrix də da var. O, çevriliş planına rəhbərlik etməkdə ittiham edilir. Mətbuatın yazdığına görə, Roys sülaləsi 1918-ci ilə qədər 700 il ərzində Almaniyanın şərqindəki kiçik bir dövləti idarə edib. Həmin ərazi indi Tyuringiya adlanır.

Hürr Tərcüman