Almaniyada akademikə qarşı cinayət işi açıldı! Rusiya lehinə casusluqda ittiham olunur
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Almaniyada İlnur N. adlı rusiyalı akademikin Rusiya üçün casusluq etdiyi iddiası ilə cinayət işi açılıb. Federal Prokurorluqdan verilən məlumata görə, Şübhəli İlnur N. aviasiya layihələri barəsində Rusiyanın xarici kəşfiyyatına məlumat verməkdə ittiham edilir.
İddiaya görə, şübhəli şəxs 2019-cu ilin sonlarında bir rus casusu ilə müntəzəm görüşlər keçirib və Bavariya Universitetində araşdırmalar apardığı zaman əldə elədiyi məlumatları ona ötürüb.
Açıqlamada rus kəşfiyyatının xüsusilə “Ariana” kosmosa uçuş vasitəsinin Avropa layihəsi ilə maraqlandığı və İlnur N-in verdiyi məlumatlar qarşılığında ona 2500 avro ödəniş elədiyi barəsində məlumat verilir.
İlnur N.-in 2021-ci ilin iyun ayından bəri həbsdə olduğu bildirilir.
Hürr Tərcüman