📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada azərbaycanlı ailə qətlə yetirildi

2024-03-07 11:50:45

Almaniyada azərbaycanlı ailə qətlə yetirildi

Almaniyada azərbaycanlı gənc 2 ailə üzvünü öldürməkdə, 3-ünü isə yaralamaqda ittiham olunur.

Hurriyyet.az ölkə.az-a istinadla xəbər verir ki, hadisə Saksoniya-Anhalt vilayətinin Maqdeburq şəhərində baş verib.

18 yaşlı oğlan 42 yaşlı anasını və 9 yaşlı qardaşını öldürməkdə şübhəli bilinərək həbs edilib.

Hadisədən sonra bıçaq da daxil olmaqla, şübhəli şəxsə aid olduğu deyilən bir neçə əşya ələ keçirilib.

Təqsirləndirilən şəxslər və zərərçəkənlər Azərbaycan mənşəli olsalar da, həm Türkiyə, həm də Rusiya vətəndaşlığı var.

Bazar günü baş verən qətl hadisəsi zamanı 18 yaşlı gəncin daha 3 ailə üzvünü yaraladığı bildirilir. Bu, şübhəlinin 13 və 15 yaşlı iki bacısı və 17 yaşlı qardaşıdır. Onlar xəstəxanaya yerləşdirilib.

Cinayətin motivi ilə bağlı heç bir detal açıqlanmayıb.