Almaniyada azərbaycanlı qəzada öldü - Foto
2023-07-12 11:12:00
Almaniyada yaşayan azərbaycanlı yol qəzasında həlak olub.
Hurriyyet.az xəbər verir ki, əslən Şəki rayonundan olan Fərhad Həsənov Koblenz şəhərində qəzaya düşüb.
Həmyerlimiz hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, F. Həsənov bir neçə il əvvəl Almaniyaya köçmüşdü.