📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada çevriliş cəhdi! 71 yaşlı Şahzadə XIII Henrix kimdir?

2022-12-08 14:22:00

Almaniyada çevriliş cəhdi! 71 yaşlı Şahzadə XIII Henrix kimdir?

Hurriyyet.az “CNN Türk” kanalına istinadla xəbər verir ki, dekabrın 7-də, Almaniyada polisin ölkə miqyasında təşkil elədiyi əməliyyat nəticəsində ölkədə çevriliş etməyi planlaşdıran 25 nəfər saxlanılıb.

Alman mətbuatının yazdığına görə, ultrasağçılar və təqaüddə olan hərbçilərdən ibarət qrup Federal Məclisin – Bundestaqın iclaslarının keçirildiyi binaya – Reyxstaqa hücum təşkil edərək hakimiyyəti ələ keçirməyi planlaşdırırmışlar.

Çevriliş planının mərkəzində “Şahzadə XIII Henrix” adı ilə tanınan 71 yaşlı bir adamın olduğu bildirilir.

Onun rəhbərlik elədiyi 50 nəfərlik qrupun müasir Almaniya dövlətini tanımadığı, respublika quruluşunu devirib yerinə 1871-ci il Almaniya imperatorluğu (II reyx) nümunəsində bir dövlət qurmaq istədiyi iddia edilir.

Hürr Tərcüman