📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada dövlət çevrilişinə cəhddə şübhəlilərin evində axtarış aparılıb

2022-12-07 16:45:00

Almaniyada dövlət çevrilişinə cəhddə şübhəlilərin evində axtarış aparılıb

Almaniyada sağçı ekstremistlərin 137 mənzilində axtarış aparılıb. Bu barədə Almaniyanın yerli KİV-ləri məlumat verirlər.

Onlar dövlət çevrilişi hazırlamaqda ittiham olunurlar. Onlarla insan saxlanılıb. Onların arasında Rusiya vətəndaşı da var.
Yerli KİV-lər bildirir ki, axtarışlar əsasən "Reyx vətəndaşları" hərəkatının üzvlərinin evlərində aparılır. Onlar Üçüncü Reyxin hələ də mövcud olduğuna və Almaniyanın Anti-Hitler Koalisiyasının işğalı altında olduğuna inanan sui-qəsd nəzəriyyəçiləridir.

Ülviyyə, Hurriyyet.az