📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada epidemiya: “Uşaqları onlara baxa bilmədiyimiz üçün itiririk”

2022-12-06 19:08:00

Almaniyada epidemiya: “Uşaqları onlara baxa bilmədiyimiz üçün itiririk”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Almaniyada RSV virusu epidemiyası səbəbindən bir çox uşaq xəstəxanalarının reanimasiya şöbələri dolub.

Almaniyanın Reanimasiya və Təcili Tibbi Yardım Assosiasiyasının açıqlamasında ölkədəki epidemiya səbəbindən uşaq xəstəxanalarının reanimasiya şöbələrində yer çatışmazlığı səbəbindən xəstələrin 100 kilometrdən daha uzaqdakı xəstəxanalara aparıldığı, bəzi ağır vəziyyətlərdə təcili əməliyyat edilməli uşaqların 3 gün gözləməli olduqları bildirilir.

Robert Koç İnstitutunun hesabatında qarşıdakı həftələrdə uşaqlar arasında ağır xəstələrin sayının daha da artacağının gözlənildiyi qeyd edilib.

Reanimasiya həkimlərindən biri, pediatr Mizael Zasse isə mətbuata açıqlamasında deyib: “Uşaqlar artıq onlara baxa bilmədiyimiz üçün ölür”.

Hürr Tərcüman