📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada idmançımızdan şəhidlərimizlə bağlı jest - Foto

2022-01-29 16:55:00

Almaniyada idmançımızdan şəhidlərimizlə bağlı jest - Foto

Azərbaycanın üç təkanla tullanma növündə atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində qapalı manejdə keçirilən qızıl səviyyəli turnirdə gümüş medal qazanıb.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, idmançımız 16,76 metr nəticə göstərib. Çempion 16,79 metr məsafəyə tullanan Andreas Pantazis (Yunanıstan) olub. Bürünc medalı 16,73 metr nəticə göstərmiş Maks Hess (Almaniya) qazanıb.

Fəxri kürsünün ikinci pilləsinə qalxan Babayev qələbəsini maraqlı şəkildə qeyd edib. O, Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar – Mübariz İbrahimov və Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qalibiyyəti onlara həsr etdiyini göstərib.

Qeyd edək ki, bu, Nazim Babayevin 2022-ci ildə qazandığı ilk medaldır.