📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada matəm elan edildi

2024-12-21 23:05:41

Almaniyada matəm elan edildi

Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.

Bu barədə nazirlik məlumat yayıb.

“Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Hücumla bağlı 50 yaşlı Taleb əl-Əbdülmöhsün adlı şəxs saxlanılıb. \\Qafqazinfo