📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada meymunçiçəyinə yoluxanların sayı mini ötdü

2022-07-02 14:50:00

Almaniyada meymunçiçəyinə yoluxanların sayı mini ötdü

Almaniyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 1000-i keçib.

Bu barədə Robert Kox İnstitutundan məlumat verilib.

Qurumun rəsmi saytında ümumilikdə 1054 yoluxmanın olduğu vurğulanıb.

İnstitut Almaniya əhalisi üçün təhlükə səviyyəsinin “məhdud” olaraq qaldığını qeyd edib.

Xatırladaq ki, artıq dünyanın 51 ölkəsində meymunçiçəyi aşkar edilib. Ümumilikdə 5,1 min nəfərdə xəstəliyə yoluxma halı qeydə alınıb, lakin infeksiyanın yayılma yolları hələ də bəlli deyil./oxu.az