📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada nüvə enerjisi dövrü bitib - Şolts

2023-09-02 20:46:32

Almaniyada nüvə enerjisi dövrü bitib - Şolts

Almaniyada nüvə enerjisi dövrü bitib və bərpa olunmayacaq.

Bunu Almaniya kansleri Olaf Şolts deyib.

Şolts bildirib bildirib ki, Almaniyada nüvə enerjisi problemi “ölü at”dır:

“Yeni atom elektrik stansiyalarının tikintisi 15 il çəkəcək və hər stansiya 15-20 milyard avroya başa gələcək”.

Qeyd edək ki, bu ilin aprelində Almaniyada sonuncu işləyən atom elektrik stansiyaları bağlanıb. \\Axar.Az