Almaniyada Putinə qarşı cinayət işi qaldırıldı
Hurriyyet.az "Akşam" nəşrinə istinadla xəbər verir ki, Almaniya Ukraynaya hərbi təcavüz eləmiş Rusiya Prezidenti Vladimir Putini cinayətdə ittiham elədiyini açıqladı.
Keçmiş Ədliyyə naziri Sabine Loythoysser-Şnarrenberger və keçmiş Daxili İşlər naziri Gerhard Baum Putin də daxil olmaqla bəzi rus məmurlarına qarşı müharibə cinayətləri ittihamı ilə cinayət işinin açılması üçün Federal Prokurorluğa müraciət ediblər.
Keçmiş nazirlər Berlində keçirdikləri mətbuat konfransında Rusiya qüvvələrinin Ukrayndada törətdikləri və beynəlxalq hüquqa görə cinayət hesab edilən qəddarlıqları sadalayıblar. Gerhard Baum iddia ərizəsinin çox geniş olduğunu bildirərək deyib: “Bu cinayətlər sırasında Çernobıl AES-in bombalanması, Mariupoldakı doğum evinin bombalanması və Buçada dinc sakinlərin öldürülməsi də var”.
Hürr Tərcüman