📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada qanlı hadisə - Məktəbə hücum edib iki nəfəri öldürdü

2026-08-27 20:49:04

Almaniyada qanlı hadisə - Məktəbə hücum edib iki nəfəri öldürdü

Almaniyanın Brandenburq əyalətində yerləşən məktəblərdən birində silahlı hücum baş verib.

Hurriyyet.media  “Zeit” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Nəşr yazır ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, qanlı hadisə zamanı bir kişi və bir qadın həyatını itirib. Hüquq-mühafizə orqanları ölənlərin şəxsiyyəti ilə bağlı hələ ki rəsmi təsdiq verməyib. Cinayətin törədilmə motivləri də hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.