📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada silahlı insident - Yaralananlar var

2026-10-08 20:51:26

Almaniyada silahlı insident - Yaralananlar var

Almaniyanın Bavariya əyalətinin Berhqau icmasında baş verən atışma nəticəsində iki nəfər xəsarət alıb.

Hurriyyet.net  “Bild” qəzetinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sakinlərdən evlərini tərk etməməyi xahiş edib.

Atəş səsləri barədə ilk məlumatlar yerli vaxtla saat 14:00 radələrində daxil olub. Hadisədən dərhal sonra polis ərazini mühasirəyə alıb və əməliyyata helikopter cəlb edilib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.