Almaniyada siyasi böhran dərinləşir: Hökumət rəhbərinə xalq dəstəyi rekord həddə GERİLƏDİ!
Almaniya Kansleri Fridrix Mertsin xalq arasındakı nüfuzu və populyarlığı rekord həddə düşərək tarixi minimuma geriləyib.
Hurriyyet.net xəbər verir ki, bu barədə "ARD" telekanalının sifarişi ilə "Infratest dimap" sosioloji xidməti tərəfindən keçirilən rəy sorğusunun nəticələri məlumat verir.
Sorğunun yekunlarına əsasən, hazırda Almaniya əhalisinin yalnız 10 faizi kansler Mertsin fəaliyyətini müsbət qiymətləndirir. Mütəxəssislər qeyd edirlər ki, bu göstərici Almaniya Federativ Respublikasında sosioloji ölçmələrin aparıldığı 1997-ci ildən bəri hökumət rəhbəri üçün qeydə alınan ən aşağı və ən pis nəticədir.
Kanslerin reytinqinin bu dərəcədə kəskin geriləməsi ölkədə yaşanan sosial-iqtisadi çətinliklər, koalisiya daxilindəki fikir ayrılıqları və xarici siyasətdəki gərginliklərlə əlaqələndirilir.