📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada yaşayan vətəndaşlarımızın NƏZƏRİNƏ

2024-02-29 22:32:48

Almaniyada yaşayan vətəndaşlarımızın NƏZƏRİNƏ

Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır.

Hurriyyet.Az xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək.

Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir.