📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyadan bu sistemi alacağımıza ümid edirik - Zelenski

2024-04-13 23:27:02

Almaniyadan bu sistemi alacağımıza ümid edirik - Zelenski

Ukrayna Almaniyadan əlavə “İRİS-T” zenit-raket kompleksi almağa ümid edir.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.

Dövlət başçısı Almaniyanın “Patriot” sistemlərini tədarük edəcəyini xatırladıb.

Eyni zamanda Zelenski bildirib ki, “İRİS-T” sistemi raketlərdən qorunmaq üçün güclü hava hücumundan müdafiə sistemidir. \\Axar.Az