📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyadan Ukraynaya böyük hərbi yardım paketi – Şolz 7 milyard avro söz verib

2024-01-17 17:24:24

Almaniyadan Ukraynaya böyük hərbi yardım paketi – Şolz 7 milyard avro söz verib

Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avro məbləğində hərbi yardım göstərəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz ABŞ Prezidenti Co Baydenlə ötən gecə baş tutan telefon danışığından sonra bildirib.

Hər iki lider Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə sadiq olduqlarını bildiriblər.

Fevralın 1-də Avropa İttifaqının sammitində Avropa liderlərinin Kiyevə yardımın formaları və həcmini müzakirə edəcəyi gözlənilir.

“Politico” dərgisi yazır ki, avropalı siyasətçilər Macarıstanın Baş naziri Viktor Orbanın bu məsələ ilə bağlı mövqeyinə yenidən baxacağını istisna etmirlər. Çünki Brüssel Budapeştə bir sıra güzəştlər vəd edib. Xatırladaq ki, Macarıstan Aİ-nin Ukraynaya hərbi yardımının qarşısını alacağını bəyan edib.

AzPolitika.info