Almaniyalı məşqçi ölkəmizdən təklif aldı
2023-11-08 20:45:24
Almaniyalı məşqçi Rayner Kraft Azərbaycandan təklif alıb.
Offsideplus.Az Almaniya mediasına istinadla xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis özü məlumat verib.
O bildirib ki, Azərbaycandan təklif alsa da, bunu müsbət cavablandırmayıb.
Qeyd edək ki, Kraft son olaraq Lüksemburqun “Berdenia Berburq” komandasına rəhbərlik edib.
