📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyanın “Boş” firmasının Rusiyadakı zavodlarını türk şirkəti alacaq

2023-12-19 12:56:09

Almaniyanın “Boş” firmasının Rusiyadakı zavodlarını türk şirkəti alacaq

Hurriyyet.az xəbər verir ki, Almaniyanın elektromexaniki sənaye və məişət texnikası istehsalçısı olan “Boş” (“Bosch”) şirkəti özünün Rusiyadakı zavodlarını Türkiyədən olan “Can Holdinq” (“Can Holding”) investisiya şirkətinə satmaq üçün danışıqlar aparır. Bu barədə “Kommersant” nəşri mənbələrə istinadla məlumat verib. Qəzetin yazdığına görə, danışıqlar final mərhələsindədir.  Mənbənin məlumatına görə, “Can Holdinq” Rusiyada soyuducuların, paltaryuyanların və öz brendləri ((Awox, Seikon, Telefox, Energia və s.) olan digər texnika məhsullarının istehsalına başlamağı planlaşdırır.

Hürr Tərcüman