Almaniyanın keçmiş kanslerləri Rusiya ilə əlaqələrə görə tənqid edilib
Almaniyanın keçmiş prezidenti Yoahim Qauk Almaniyanın keçmiş kansleri Gerhard Şröder və Angela Merkeli öz mövqelərindən Rusiya ilə əlaqələri gücləndirmək üçün istifadə etdiklərinə görə tənqid edib.
“Mən keçmiş kansler kimi Şröderin öz reputasiyasını və Almaniyanın nüfuzunu şəxsi maraqlarına qurban verməsni və buna davam etməsini qəbuledilməz hesab edirəm” deyən Qauk bildirib ki, o Rusiyaya ondan öz maraqlarını Avropada təşviq etmək üçün istifadə etməyə icazə verib.
Qaukun fikrincə, “Amaniyanı Rusiyadan gələn qaza daha da bağlayan” Angela Merkel isə Rusiya qaz kəmərlərinin yaradılmasına dair razılaşmalara görə müəyyən tənqidlərə məruz qalıb.
“2014-cü ildən sonra “Şimal axını”nın özəl sektor layihəsi olduğunu necə iddia etmək olar? Yaxud biz niyə polyakların və Pribaltikalıların səsinə Rusiyanın səsindən daha az əhəmiyyət verdik?”, deyə o, Merkelin kansler kimi fəaliyyətini tənqid edib.
Ülviyyə, Hurriyyet.az