📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyanın müdafiə naziri: Ordu ölkəni müdafiə etmək gücündə deyil

2023-03-02 12:29:00

Almaniyanın müdafiə naziri: Ordu ölkəni müdafiə etmək gücündə deyil

Almaniyanın müdafiə naziri Boris Pistorius xəbərdarlıq edib ki, Almaniya silahlı qüvvələri, federal hökumətin onilliklər ərzində etinasızlığından sonra, ölkəni hərbi təcavüzə qarşı müdafiə etmək üçün zəif və hazırlıqsızdır.
“Bizim müdafiə xarakterli silahlı qüvvələrimiz yoxdur, hansı ki, onlar ölkəni hücum xarakterli, qəddarcasına aparılan müharibədən qoruya bilsinlər”, deyə "RİA Novosti" alman nazirindən sitat gətirir.
Pistoriusun sözlərinə görə, Almaniya ordunun modernləşdirilməsinə daha çox sərmayə qoymalıdır, çünki ölkənin Şimali Atlantika Alyansının digər üzvləri qarşısında da öhdəlikləri var.
Bundan əlavə, Almaniyanın müdafiə naziri çatışmazlıqlar arasında şəxsi heyətin, texnikanın və silahların çatışmazlığını qeyd edib ki, Kiyev rejiminə təhvil verildikdən sonra onların doldurulması lazımdır.
Daha əvvəl Bundestaqın XIX çağırış deputatı və siyasi məsləhətçi Hansyorq Müller Almaniya cəmiyyətindəki parçalanmadan danışıb. Onun sözlərinə görə, Berlin və Ramştayndakı etirazlar Almaniyadakı ixtilafı göstərir.

Ülviyyə, Hurriyyet.az