📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyanın "OK" jurnalından İDDİA: Britaniyanın yeni kralı-III Çarlz əqli və fiziki cəhətdən sağlam deyil

2022-10-28 15:09:00

Almaniyanın

Almaniyanın "OK" jurnalı Britaniyanın yeni kralının-III Çarlzın əqli və fiziki cəhətdən sağlam olmadığını düşünür. Bir çox mənbəyə və saray əməkdsaşlarına əsasən, “O, depressiyadan əziyyət çəkir və arvadı Kamillaya yeni həyatının onun üçün çox çətin olduğunu deyib. O, padşah kimi onu nələr gözlədiyi fikri ucbatından yorğun və çaxnaşma içindədir "...
“O, sarayın döşəməsinə yıxılmağa hazır idi”
Alman mətbuatı Bukingem sarayında çalışan işçilərdən birinin sözlərinə istinad edir. Onun sözlərinə görə, III Çarlz kraliçanın dəfn mərasimi zamanı soyuqqanlılığını saxlamaqda çətinlik çəkib, lakin qapılar bağlananda və kameralar sönəndə o, “döşəməyə yıxılmağa hazır” kimi görünürdü.
"OK Magazine" nəşrinin saray içindəki bəzi mənbələrinə görə isə, "73 yaşlı Çarlz Britaniya tacını qəbul etməyə hazır deyildi. O, yorğundur və yeni krallıq həyatında onu nələrin gözlədiyi ilə bağlı çaxnaşma içindədir”, deyə nəşrə bildiriblər. Jurnalistlər onu da qeyd ediblər ki, bəzi əlamətlərə görə III Çarlzın ürəyində ciddi problemlər ola bilər.
“Hər kəsin söz-söhbət mövzusu olan qırmızı şiş barmaqları orqanizmdəki şişkinliyi göstərə bilər. Bu elə bir vəziyyətdir ki, bu zaman bədən əzalarına maye yığılmağa başlayır. Bu, ürək çatışmazlığından xəbər verə bilər”, deyə materialda sitat gətirilən "Chester Universiteti"nin baş müəllimi dr. Qaret Nay bildirib. Alman mətbuatının yazdığına görə, həkimlər artıq şahzadə Uilyama hər an monarx rolunu öz üzərinə götürməyə hazır olması barədə xəbərdarlıq ediblər.
Maraqlıdır ki, şahzadə Vilyamın kiçik oğlunun bir ifadəsi Britaniyada böyük səs-küyə səbəb olub. Corc məktəbin həyətində oğlanlarla dava edib və qisas almaq üçün qışqırıb: "Mənim atam kral olacaq, diqqətli ol!" Bəlkə balaca Corc nəsə bilir?
Rus politoloq Sergey Markov da "aif.ru"ya bildirib ki, Britaniya kralı yaxından qəribə təəssürat yaradır. “Mən İstanbulda BMT-nin təşəbbüsü ilə keçirilən forum zamanı Şahzadə Çarlzla görüşdüm. Kral ailəsinin bir üzvünün dərisinin həddindən artıq qırmızı rəngi məni heyran etdi. Hətta onun nədənsə xəstə olduğunu düşündüm, onunla əl sıxmaqdan qorxdum" deyə politoloq xatırlayır.
Onun sözlərinə görə, Çarlz Böyük Britaniyanın sonuncu kralı ola bilər, çünki monarxiya ideyası tənəzzülə uğramaqdadır. “Monarxiya ləğv ediləcək. Şotlandiya və Şimali İrlandiya Britaniyanı tərk edəcək. Britaniya Millətlər Birliyi ləğv ediləcək. Bütün bunlar Çarlzın krallığı dönəmində baş verəcək. Charlza heç kim hörmət etmir. Bəli və nə üçün? Oğlu Harri isə amerikalı həyat yoldaşı ilə birlikdə kral ailəsinin kommersiya məqsədli istifadəsinə görə açıq şəkildə bəyənilmir”, deyə Markov hesab edir.
III Çarlz ölkəni cəmi 50 gündür ki, idarə edir, lakin artıq bir sıra böyük və kiçik qalmaqallarda adını hallandırmağı bacarıb.
Yeni kralın qələmindən mürəkkəb sızan zaman necə qarğış etdiyini bütün dünya gördü. Qalmaqallı hadisə Kraliçanın ölümündən az sonra "Hillsboro" qəsrindəki kameralara düşüb. III Çarlz ziyarətçi kitabına qeyd edərkən qələminin sızdığını, manjetlərini mürəkkəblə ləkələdiyini gördü. “Aman Allah, mən buna nifrət edirəm... Hər dəfə bu iyrənclik!". Bundan bir qədər əvvəl isə Çarlz kobud şəkildə xidmətçilərdən ona mane olan əşyaları masadan çıxarmağı tələb etdiyi başqa bir video ortaya çıxdı.
“The Guardian” isə yazır ki, Çarlz vəzifəyə gəldikdən sonra dərhal keçmiş iqamətgahının 100-ə yaxın əməkdaşını işdən çıxarıb. Bundan sonra onların iş tapıb-tapmadığı məlum deyil. "The Times" isə yazır ki, Çarlz hətta cəmi 44 gün vəzifədə olan keçmiş İngiltərə Baş naziri Liz Trass ilə mübahisə etməyi bacarıb. Münaqişə Misirdə keçiriləcək BMT-nin iqlim dəyişikliyi sammitinə səfərə görə yaranıb. Ehtiraslı bir ekoloq olan Çarlz tədbirə getməyə hazırlaşırdı, Trass isə şəxsi söhbət gedişində onu bu işdən çəkindirdi. Keçmiş baş nazir özü zirvəyə gələ bilmirdi və kralın onsuz getməsini istəmirdi. Görünür indi heç kim Çarlzı saxlamayacaq və əgər Trassın baş nazir postunu tərk etməyə vadar edilmə səbəblərindən biri Misirdə keçirilən iqlim dəyişikliyi sammitinə qatılmamaq qərarı idisə ki, iqlim dəyişikliyi tendensiyasının başında ABŞ-ın Demokratlar cinahının durduğunu, eləcə də Demokratlar cinahının da Qlobalistlər cərgəsinə aid olduğunu bilirik, belə anlaşılır ki, Trassı kürsünü tərk etməyə məcbur edən dünyanın yeni düzənini qeyri-neft və yaşıl enerji dönəmini gətirməyə çalışan Qlobalist cəbhədir. Yəni, Bitaniyada yaşanmaqda olan taxt döyüşüdür. Hazırkı baş nazir Rişi Sunak da qlobalist cinahın təmsilçisidir. Qlobalst cəbhənin krallığa namizədi isə şahzadə Harridir. Bu səbəbdən III Çarlzın çətin duruma salınması cəhdləri belə cani-dildən işıqlandırılır və onun taxtının ayaqları laxladılır. 

Ülviyyə, Hurriyyet.az