📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyanın səhvi yalnız Rusiyaya ümid bağlamaqda idi-Olaf Şolts

2022-10-07 11:43:00

Almaniyanın səhvi yalnız Rusiyaya ümid bağlamaqda idi-Olaf Şolts

“Almaniyanın səhvi Rusiya ilə qaz təchizatı müqavilələri imzalamaqda deyil, zəruri halda, təchizatçıları tez-tez əvəzləmək üçün lazımi infrastrukturu yaratmamaqda və ya LNG terminallarını tikməməkdə idi”. Bu sözləri Almaniya kansleri Olaf Şolts “El Pais”ə müsahibəsində bildirib.

Müsahibədə Almaniya kansleri həmçinin Əlcəzairdən Portuqaliya, İspaniya və cənub Fransa vasitəsilə qazın Mərkəzi Avropaya çatdırılması üçün 2019-cu ildə dayandırılmış “Midcat” layihəsi üzərində işlərin bərpa edilməsinin zəruriliyini açıqlayıb. Bununla belə, Fransa hökuməti bu qaz kəmərinin rentabelli olmasına əmin deyil. Şolts etiraf edib ki, bu gün Almaniya “daha ​​çirkli” enerji mənbələrindən istifadəyə əl atır.
Avropanın ikinci ən böyük neft şirkətinin rəhbəri bildirib ki, G7 ölkələrinin Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq planı “pis fikirdir”. Londonda keçirilən Enerji Kəşfiyyat Forumunda "TotalEnergies SE"nin baş direktoru Patrick Puyanne, "Məncə, bu pis fikirdir. Bu, Vladimir Putinə liderliyi geri qaytarmağın bir yoludur və mən bunu heç vaxt etməzdim”, deyə bildirib. Puyanne bildirib ki, bazar artıq öz işini görür və rus neft barelləri artıq “dərin endirimə” məcburdur.
Avropa İttifaqı enerji böhranı ilə mübarizə üçün 1 trilyon avrodan çox vəsait xərcləyə bilər. Aİ-nin büdcə kəsiri 2 trilyon avroya və ya ÜDM-in 11,5-16,2%-nə qədər arta bilər.
Rusiyadan Aİ-yə qaz tədarükünün azalması və Aİ-də enerji daşıyıcılarının qiymətlərinin artması nəticəsində azot gübrələrinin istehsalının təxminən 70%-i dayandırılıb, alüminium istehsalı 25%, polad istehsalı 5% azalıb. Analitiklərin fikrincə, enerji böhranı ilə mübarizə tədbirləri sayəsində Avropa ölkələrinin büdcə kəsiri 675 milyard avrodan (ÜDM-in 4,7%-i) 2 trilyon avrodan çox (ÜDM-in 11,5-16,2%-i) artacaq.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell deyib ki, Aİ "şərait imkan verərsə" Ukrayna ilə bağlı diplomatik həllə hazırdır.

Ülviyyə, Hurriyyet.az