📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyanın xarici işlər naziri İsrailin əməliyyatları ilə bağlı narahatlığını bildirib

2024-05-17 11:12:22

Almaniyanın xarici işlər naziri İsrailin əməliyyatları ilə bağlı narahatlığını bildirib

Hurriyyet.az "Yevropeyskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Almaniyanın XİN rəhbəri İsrailin Rəfah şəhərinə hücumlarından narahat olduğunu bildirib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail ordusunun Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindəki fəaliyyətinin onda dərin narahatlıq yaratdığını bəyan edib. Berbok İsraili Rəfaha hücumlar zamanı dinc vətəndaşların müdafiəsi üçün daha çox çalışmağa çağırıb.
Berbok deyib: "Orada adamlar hara gedəcəklərini bilmirlər, xilas olunmaq üçün təhlükəsiz sığınacaqları yoxdur. Mülki əhalinin müdafiəsi əsas proiritet olmalıdır. İndi bu, görünmür".
Berbokun sözlərinə görə, bu təkcə Qəzza əhalisi üçün deyil, həm də İsrailin öz təhlükəsizliyi üçün təhlükəlidir.
Bu yaxınlarda Avropa İttifaqı İsrailə xəbərdarlıq edərək, Rəfahdakı əməliyyatın davamının münasibətlərin pisləşməsinə səbəb olacağını bildirib.
Almaniyanın federal kansleri Olaf Şolts da İsrail hökumətinə Rəfah şəhərində əməliyyat keçirməsi ilə bağlı xəbərdarlıq edib.
Mayın 8-də ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun İsrailə növbəti silah partiyasının göndərilməsinə fasilə verəcəyini bəyan edib. Ağ Ev hesab edir ki, İsrailin Rəfahda keçirəcəyi irimiqyaslı əməliyyat onun Qəzzada HƏMAS təşkilatını yox etmək məqsədinə çatmasına kömək etməyəcək.  
Hürr Tərcüman