📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyanın XİN rəhbəri gözlənilmədən Kiyevə getdi

2023-09-11 11:06:35

Almaniyanın XİN rəhbəri gözlənilmədən Kiyevə getdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok gözlənilmədən Kiyevə səfər edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yayıb. 

Bildirilir ki, təhlükəsizlik baxımından səfər barədə məlumat daha əvvəldən elan edilməyib. 

Məlumata görə, bu, Ukraynada müharibə başlayandan bu günə qədər Almaniya XİN rəhbərinin ölkəyə dördüncü səfəridir.