📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almatıda atışma davam edir –həlak olanlar var, internet kəsilib

2022-01-07 10:57:00

Almatıda atışma davam edir –həlak olanlar var, internet kəsilib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hal-hazırda Almatının mərkəzində atışma davam edir. Həlak olanlar var.

“RİA Novosti”nin müxbiri isə Qazaxıstanda internetin kəsildiyini bildirib.

Bununla yanaşı, Qazaxıstan Milli Qvardiyasının mətbuat xidməti yanvarın 5-də baş vermiş kütləvi iğtişaşlar zamanı 2 çağırışçının həlak olduğunu, 5 hərbçinin ağır vəziyyətə reanimasiyada olduğunu yazıb. Almatıda və Şımkentdə 216 hərbçi yaralanıb. 

Hürr Tərcüman