📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almatıda KTMT-nin iclası start götürdü: Ermənistan iştirak etmir

2024-05-31 10:04:38

Almatıda KTMT-nin iclası start götürdü: Ermənistan iştirak etmir

Qazaxıstanın Almatı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası başlayıb. Ermənistan iclasda iştirak etmir.

Hurriyyet.az xəbər verir ki, bu barədə təşkilatın katibliyinin nümayəndəsi Yuri Şuvalov məlumat verib:

"Ermənistan tərəfi bizə məlumat verib ki, görüşdə qəbul edilən qərarlara etiraz bildirməyəcək".

Qeyd edək ki, hazırda Almatıda KTMT müdafiə nazirlərinin görüşü baş tutur. Görüşdə Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri iştirak edirlər.