📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almatıda qızgın müzakirələr gedir

2024-08-16 10:54:17

Almatıda qızgın müzakirələr gedir

Almatıda atom elektrik stansiyasının tikintisi ilə bağlı “səs-küylü” ictimai müzakirələr gedir. Bu barədə “Zakon.kz” xəbr verir.

Müzakirələrdə nüvə sahəsində sənaye ekspertləri, dövlət qurumlarının, ictimaiyyətin və mülki sektorun nümayəndələri iştirak edirlər. Dinləmələr zamanı qeyd olunub ki, 2 ərazi - Kurçatov (şərqdə Abay rayonu) və Ulken (cənub-şərqdə Almatı rayonu) kəşf edilib və onların hər ikisi AES-in tikintisi üçün əlverişlidir.

Zalda tamaşaçılar arasında fikir ayrılıqları və mübahisələr yaranıb. Bəzi şəhər sakinləri asayişi pozur və natiqlərin sözünü kəsir, bəziləri qaydanı pozanları “təxribatçı” və “aktyor” adlandıraraq, indiki vəziyyəti “bir nəfərlik sirk” adlandırır.

Lalə, Hurriyyet.az