📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almatıda son vəziyyət: meydan təmizlənir – Video

2022-01-05 11:08:00

Almatıda son vəziyyət: meydan təmizlənir – Video

Ötən gecə etirazçılarla təhlükəsizlik qüvvələri arasında iğtişaşların baş verdiyi Almatı şəhərində Respublika meydanı zirehli hərbi maşınlarla hasarlanıb, kommunal xidmətlər hadisələrin nəticələrini aradan qaldırır.

Hurriyyet.az xəbər verir ki, hazırda şəhərdə mobil interent hələ də işləmir, messencer bloklanıb.

İğtişaşların yenidən başlanması təhlükəsilə meydana hərbçilər yerləşdirilib.

Ofisləri meydana yaxın yerləşən təşkilatların rəhbərlikləri işçilərini evdən işləməyə göndəriblər.

Bu arada, Qazaxıstan Prezidenti Almatı vilayətində fövqəladə vəziyyət elan edilməsilə bağlı əmr imzalayıb.