📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almatıda yanğınlar və talanlar baş verir, etirazçılar icra hakimiyyətinin binasını ƏLƏ KEÇİRDİLƏR

2022-01-05 20:08:00

Almatıda yanğınlar və talanlar baş verir, etirazçılar icra hakimiyyətinin binasını ƏLƏ KEÇİRDİLƏR

Təcili yardım və yanğınsöndürən maşınları da kütlənin qəzəbinə gəlib. Etirazçılar armatur və dəyənəklərlə silahlanıblar.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində etirazçılar şəhər icra hakimiyyətinin  binasına daxil olublar, binanın pəncərə və şüşələrini sındırıblar. Nümayişçilər armatur, dəyənək və qalxanlarla, bəziləri isə odlu silahlarla silahlanıblar. Bu barədə məlumatı zakon.kz portalı yayıb.

Bundan az sonra Almatı şəhər icra hakimiyyətinin binasında yanğın başlanıb.

Fürsətdən istifadə edən qarətçilər ictimai yeməkxana köşkünü talan ediblər.

Almatıdakı iğtişaşların gedişində 33 ədəd dövlət avtomobili yandırılıb və parçalanıb. Onlardan 16-sı polis, 7-si təcili yardım, 2-si polis avtomobili, 7-si yük maşını, 1-i isə benzindaşıyandır.

Həmçinin, modul tipli iki polis postu yandırılıb.

200-ə yaxın müəssisə zərər çəkib – onların arasında 120 mağaza, 100-dən artıq ofis və 80 ədəd ictimai iaşə müəssisəsi var.

Bütün bunlar fövqəladə vəziyyət rejimi qüvvədə olduğu şəhərdə baş verir.

Xəbər verdiyimiz kimi, bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı rayonunda, həmçinin Manqistau vilayətində fövqəladə vəziyyət rejimi elan edib.

Yanvarın 1-dən etibarən maye qazın 2 dəfə (60 təngədən 120 təngəyə qədər) bahalaşması Qazaxıstanda kütləvi etirazların baş qaldırmasına səbəb olub.

 

Hürr Tərcüman

Hurriyyet.az