Alparslan İmamqulu vəfat etdi
2024-05-27 10:14:01
Tanınmış hərbi ekspert Alparslan İmamqulu vəfat edib.
Hurriyyet.az xəbər verir ki, mərhum mədə xərçəngindən əziyyət çəkirdi.
Alparslan İmamqulu “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, ehtiyatda olan polkovnik-leytenant idi.
Hərbi ekspert həm də "M5 Müdafiə və Strategiya jurnalı"nın regional təmsilçisi olub.
Qeyd edək ki, əvvəlki ad-soyadı Ruslan İmamquliyev olan ekspert bir neçə il öncə adındakı “rus” hərf birləşməsinə görə adını dəyişdirmişdi.
musavat.com