📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

""Altılı masa" zəlzələdən istifadə edərək Ərdoğana qarşı geniş kampaniyaya başlayıb" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-02-08 13:49:00

"Ərdoğanın seçkilərə kimi əhalinin sosial rifahının normallaşdırılması və yeni mənzillərin tikintisi istiqamətində işlərə başlanmasına getməsi çətin görünür, lakin..."

"Türkiyədə baş vermiş zəlzələdən, iqtisadi və sosial problemlərdən müxalifətin seçkilərdə iqtidara qarşı istifadə etməsi istisna deyil. Demək olar ki, "Altılı masa" insan faciəsindən və zəlzələ olan regionda ağır şəraitdən istifadə edərək prezident Ərdoğana qarşı geniş kampaniyaya başlayıb". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, hətta Qərbin bir çox mərkəzləri də bu təbii fəlakətdən Ərdoğana qarşı istifadə edəcəklər: "Müxalifətin "Altılı masa"sının bu təbii fəlakətdən istifadə etməsi Ərdoğanın reytinqinə ciddi mənfi təsir edəcəyi gözlənilmir. Amma ölkədə seçkilər öncəsi təbii fəlakətin baş verməsi, seçki prosesinə təsirsiz ötüşməyəcək. Cənab Ərdoğanın seçkilərə kimi əhalinin sosial rifahının normallaşdırılması və yeni mənzillərin tikintisi istiqamətində işlərə başlanmasına getməsi çətin görünür. Lakin prosesi idarə edərək bundan müxalifətin istifadə etməsini neytrallaşdırması mümkündür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az