Amazon meşələri sürətlə məhv olur
2021-11-19 13:33:00
Braziliyanın Amazon meşələrinin qırılma sürəti bir il ərzində 22% artaraq 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə ölkənin Milli Kosmik Tədqiqatlar İnstitutunun (INPE) məlumat yayıb.
Məlumata görə, 2020-ci ilin avqustundan 2021-ci ilin iyuluna qədər 13 min 235 kvadrat kilometr meşə sahəsi yox olub.