📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AMB: "Azərbaycanda evin qiyməti vətəndaşın 10-11 illik gəlirinə bərabərdir"

2023-06-19 16:12:00

AMB:

Azərbaycanda bir mənzilin orta qiyməti orta statistik ölkə vətəndaşının 10-11 illik gəlirinə bərabərdir.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru REAL TV-yə müsahibəsində Ziya Əliyev bildirib.

"Əgər qiyməti bizim 10-11 illik zəhmətimizə bərabərdirsə, deməli bu, çox dəyərli bir şeydir. Mən hələ bunun mənəvi tərəflərindən danışmıram. Milli mədəniyyətə görə, evin böyük mənəvi dəyəri var. Hamı istəyir ki, özünə məxsus evi olsun", - deyə o qeyd edib.