📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AMB-dən gələn il üçün inflyasiya proqnozu

2023-12-28 09:56:29

AMB-dən gələn il üçün inflyasiya proqnozu

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5% civarında olacağını gözləyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Məlumata görə, xarici amillərin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.