📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ambulans” qışqıran yaralını qətlə yetirdilər

2024-06-11 22:42:28

 “Ambulans” qışqıran yaralını qətlə yetirdilər

Yerli mənbələrdən alınan məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalındakı Cenin bölgəsinin Kefr Dan kəndinə basqın edib.Basqın zamanı fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma yaranıb.

Hurriyyet.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin Kefr Danda təşkil etdiyi basqında 3 fələstinlinin şəhid olduğu bildirilib.Digər tərəfdən İsrail əsgərlərinin basqın zamanı yaralanan bir fələstinlini edam etdiyi anlar sosial mediada əksini tapıb.Videoda yaralı halda yerdə uzanan və ağrıdan qışqıran fələstinli gəncin ətrafdan kömək istəməsi, “Ambulans” çağırması eşidilir.Bu zaman İsrail əsgərlərinin yerdə yatan yaralı fələstinliyə atəş açmağa davam etdiyini göstərən səslər eşidilir.Şəhid olan  fələstinli gəncin bir müddət sonra hərəkətsiz qaldığı, yanında və ətrafında heç bir silah olmadığı görünür.Qətlə yetirilən fələstinli gəncin  Əhməd Samudi olduğu bildirilir.