📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ambulanslar avtobus zolaqlarında hərəkət edə bilər?

2024-10-17 15:22:06

Ambulanslar avtobus zolaqlarında hərəkət edə bilər?

Ambulansların avtobus zolaqlarında hərəkətinə icazənin verilməsi ilə bağlı aidiyyəti üzrə danışıqlar gedib.

Hurriyyet.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə sualları cavablandırarkən deyib.

O qeyd edib ki, əgər müraciət müsbət həllini tapsa, təcili tibbi yardım avtomobilləri çağırış yerinə daha tez çatacaq.