📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşdi

2022-02-17 17:16:00

AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşdi

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

Pravda.az-ın Vesti.az saytına istinadən verdiyi xəbərə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

Pravda.az