📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AMEA-nın tabeliyindəki müəssisələrdə ixtisar olacaq?

2022-08-23 13:16:00

AMEA-nın tabeliyindəki müəssisələrdə ixtisar olacaq?

Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki institut və təşkilatlarda olan ştat cədvəllərində dəyişiklik və ixtisar nəzərdə tutulmur.

Hurriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əsas məsələ Elm və Təhsil Nazirliyi ilə AMEA-nın bir-birinə inteqrasiya olunmasıdır:

"Yaxın aylarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq".