📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerika, Britaniya, Fransa və Almaniyanın İranın atom proqramına qarşı birgə BƏYANATI

2021-10-30 21:44:00

Amerika, Britaniya, Fransa və Almaniyanın İranın atom proqramına qarşı birgə BƏYANATI

Amerika, Britaniya, Fransa və Almaniya İranın atom proqramına qarşı birgə bəyanat yayıblar.

Bu gün “Group-20” iclası çərçivəsində Amerika, Britaniya, Fransa və Almaniya İranın atom proqramı ilə bağlı müştərək bəyanat veriblər.

Bəyanatda deyilir: “Biz əmin olmaq istəyirik ki, İran heç vaxt atom silahı əldə edə bilməsin. İran zənginləşdirilmiş uran istehsal edərək təhrikedici addımlar atıb. Çünki, sülh çərçivəsində belə addımlara ehtiyac yoxdur. İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı azaltması məsələni daha da narahatedici bir mərhələyə daşımışdır”. \\KONKRET.az