📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Amerika hərbçiləri terrorçularla birgə təlimlər keçirirlər

2022-02-18 16:26:00

Amerika hərbçiləri terrorçularla birgə təlimlər keçirirlər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki,  ABŞ ordusunun təlimçiləri Suriyada YPG (PKK terrorçularının Suriya qanadı) terrorçularına təlim keçməyə davam edirlər. Neftlə zəngin Deyr əz Zor vilayətinin şimal-şərqində bu gündən etibarən Amerikalı hərbçilər YPG yaraqlılarına təlim keçməyə başlayıblar.

Yerli mənbələrin verdiyi məlumata görə, təlimlər Əbu Haşeb rayonundakı atılmış zonalarda keçirilir. Təlimlərdə ABŞ SQ-nin təyyarələri və tankları, zirehli texnikası iştirak edir. İŞİD-ə qarşı Beynəlxalq Koalisiyanın hərbçi qrupları da təlimlərə cəlb olunub. Terrorçulara minaatanlardan atəş açmaq, artilletiya hücumlarları, zirehli tank hissələrinə hücum öyrədilir.

2021-ci ilin dekabrında da Əbu Haşeb səhrasında ABŞ hərbçiləri ilə YPG/PKK terrorçuları birgə təlimlər keçirmişdilər.

Hürr Tərcüman