Amerika İranın 7 rəsmisini boykot edib
Amerikanın Xəzinədarlıq Departamenti İranda ümummilli etirazların yatırılmasını pisləyən bəyanatında, daxili işlər naziri Əhməd Vəhidi və rabitə naziri İsa Zarepur da daxil olmaqla, İslam Respublikasının yeddi hökumət və təhlükəsizlik rəsmisini sanksiyalar siyahısına salıb.
Maliyyə nazirinin müavini bəyanatda deyib: “Amerika İran hökumətinin interneti bağlamasını və dinc etirazları zorakılıqla yatırmağa davam etməsini pisləyir və bu hərəkətləri istiqamətləndirənləri və dəstəkləyənləri hədəf almaqdan çəkinməyəcək”.
Sanksiyaya məruz qalan təhlükəsizlik rəsmiləri sırasında İranın polis qüvvələrinin əməliyyatlar üzrə komandan müavini Hüseyn Səccadiniya, SEPAH komandanının siyasi məsələlər üzrə müavini Yadullah Cavani, Kiberməkana nəzarət (FƏTA) polisinin rəisi Vahid Məcid, Tehran şəhər polis idarəsinin rəisi Hüseyn Rəhimi, SEPAH-ın “Sarallah” Qərargahının müavini Hüseyn Necatın adları yer alıb.
Ülviyyə, Hurriyyet.az